Marko Rubio ABŞ-nin Qara dənizdə atəşkəslə bağlı Rusiyanın tələblərini qiymətləndirəcəyini bildirir
ABŞ dövlət katibi Marko Rubio Amerika Birləşmiş Ştatlarının Qara dənizdə atəşkəslə bağlı Rusiyanın tələblərini qiymətləndirəcəyini bildirir.
“Ruslar Səudiyyə Ərəbistanında keçirilən görüşdə yerinə yetirilməsini istədikləri şərtləri ətraflı şəkildə təsvir etdilər. Biz bu şərtləri qiymətləndirmək niyyətindəyik” – Marko Rubio bildirib.
Dövlət katibinin izah etdiyi kimi, ABŞ rəsmiləri “Rusiyanın mövqeyinin nə olduğunu və bunun müqabilində nə istədiklərini” daha yaxşı başa düşmək üçün çalışacaqlar, sonra isə bunu Donald Trampa təqdim edəcək və növbəti addımları müzakirə etməyə başlayacaqlar.
Rubio Rusiyanın tələblərinin əsasən Avropa İttifaqının sanksiyalarının müəyyən hissəsinin ləğv edilməsinə aid olduğunu bildirib.