Marko Rubio - ABŞ Makronun Fələstin dövlətini tanımaq haqda planını qəti şəkildə rədd edir, bu qərar "HƏMAS"ın təbliğatına xidmət edir və 7 oktyabr qurbanlarına sillə vurmaqdır
Marko Rubio - ABŞ Makronun Fələstin dövlətini tanımaq haqda planını qəti şəkildə rədd edir, bu qərar "HƏMAS"ın təbliğatına xidmət edir və 7 oktyabr qurbanlarına sillə vurmaqdır

 

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Vaşinqton Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq haqda planını rədd edir.

O, bu barədə sosial şəbəkədə yazıb.

“Birləşmiş Ştatlar BMT-nin Baş Assambleyasında Emmanuel Makronun Fələstin dövlətini tanımaq haqda planını qəti şəkildə rədd edir. Bu ehtiyatsız qərar yalnız “HƏMAS”ın təbliğatına xidmət edir və sülhü geri qaytarır. Bu, 7 oktyabr qurbanlarına sillə vurmaqdır” – Rubio yazır.

Məlumat üçün bildirək ki, Fransa Prezidenti Emmanuel Makron Fransanın Fələstin dövlətini tanıdığını bildirib. Makronun izah etdiyi kimi, sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında rəsmi bəyanat verəcək.