Marko Rubio – ABŞ Kubada dəyişikliklərin tempi ilə əlaqədar səbir göstərməyə hazırdır

23:02, 22.07.2026

 

ABŞ Kubada dəyişikliklərin tempi ilə əlaqədar səbir göstərməyə hazırdır – bu haqda ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

Jurnalistlərin Donald Tramp administrasiyasının məqsədinin Kubada rejimi dəyişmək olub-olmaması ilə bağlı sualına cavab olaraq Marko Rubio bildirib ki, ABŞ Kuba xalqının “gələcəkdə rifah, sülh və təhlükəsizlik şəraitində yaşamasını və daha yaxşı gələcək qurmasını” təmin edəcək prosesə münasibətdə “çox realist” və “səbirli olmağa” hazırdır.

Onun sözlərinə əsasən, “ölkənin sosialist-iqtisadi modeli işləmir və Kuba hökuməti islahatlar aparmaqdan daha çox hakimiyyəti qoruyub saxlamaqda maraqlıdır”. Lakin Marko Rubionun qeyd etdiyi kimi, ABŞ “həyata keçirə biləcəkləri dəyişikliklər barədə onlar ilə danışmağa davam edəcək”, çünki o, bu məsələnin ABŞ-nin milli təhlükəsizliyinə təsir göstərdiyini deyib.

“Bu, uğursuz dövlətdir, lakin mən dəyişikliyin necə olması və ya nə vaxt həyata keçirilməli olduğu ilə bağlı heç vaxt nəsə konkret vaxt çərçivəsi qoymamışam” – ABŞ-nin dövlət katibi qeyd edib.

“Associated Press” çərşənbə akşamı Kubaya ərzaq məhsulları və gigiyenik vasitələr daşıyan təyyarənin uçması haqda məlumat verib. Medianın məlumatına əsasən, bu, ABŞ-nin Kuba əhalisinə birbaşa yardım göstərmək məqsədi daşıyan səylərinin bir hissəsidir.

Oxşar