Marko Rubio - 2026-cı ilin Dünya Futbol Çempionatında iştirak etmək üçün bilet sahibi olmaq avtomatik olaraq turist vizasının alınması demək deyil
Marko Rubio - 2026-cı ilin Dünya Futbol Çempionatında iştirak etmək üçün bilet sahibi olmaq avtomatik olaraq turist vizasının alınması demək deyil

 

2026-cı ilin Dünya Futbol Çempionatında iştirak etmək üçün bilet sahibi olmaq avtomatik olaraq turist vizasının alınması demək deyil – bu haqda ABŞ dövlət katibi Marko Rubio deyib.

ABŞ-nin xarici qurumunun rəhbəri bildirib ki, Dünya Çempionatının futbol oyunlarında iştirak etmək üçün biletləri olan xarici ölkə vətəndaşları müraciəti daxil etdikdən sonra altıdan səkkiz həftəyə qədər səfirlikdə və ya konsulluqda müsahibədən keçə bilərlər.

“Biletiniz viza deyil; o, ABŞ-a giriş qarantiyası vermir. Biz də istənilən başqasının keçəcəyi eyni yoxlamanı aparacağıq. Yeganə fərq ondadır ki, onları növbədə daha irəli çəkirik” – Marko Rubio bildirib.

ABŞ Prezidenti Donald Tramp ABŞ səfirliklərinin 2026-cı ilin Dünya Çempionatında iştirak etmək üçün bilet sahibi olan səyahətçilərə viza məsələsində üstünlük verəcəyini bildirib.