Marko Rossi – Üç oyunda cəmi bir qol vurduğumuza inanmaq çətindir, Gürcüstanla oyunda ikinci qola da layiq idik #1TVSPORT
Gürcüstanla matç başa çatdıqdan sonra Macarıstan yığmasının baş məşqçisi Marko Rossi komandanın yaxşı oynadığını, lakin görüşün son 10 dəqiqəsindən narazı qaldığını bildirib.
“Gürcüstan yığmasında top-liqalardan 10 futbolçu var və onlar yüksək keyfiyyət, yaxşı texniki hazırlıq nümayiş etdirirlər. Hərçənd, biz ikinci qola da layiq idik. Matçın sonunda Soboslainin əvəzlənməsindən sonra çətinlik çəkdik, lakin üç xalı haqq etdik.
Müdafiənin yenidən etibarlı görünməsinə şadam – qol buraxmadan keçirilən başqa bir oyun bunu sübut edir. Lakin hücumda daha çox konsentrasiyaya ehtiyacımız var. Dörd real qol imkanımız var idi və yalnız birindən istifadə etdik, bu da bu səviyyə üçün kifayət deyil.
Bu üç oyunda bir çox məqamlar yaratdıq. Bunu nəzərə alsaq, cəmi bir qol vurduğumuza inanmaq çətindir, lakin reallıq belədir. İndi gücümüzü bərpa etməliyik, çünki üç gündən sonra Ukrayna ilə oynayacağıq və bu da çox çətin matç olacaq” – Macarıstanın baş məşqçisi Marko Rossi bildirib.
Macarıstan milli yığması bazar ertəsi, oktyabrın 5-də Trnavada Ukrayna ilə qarşılaşacaq, Gürcüstan yığması isə Belfastda qrupun lideri Şimali İrlandiyanın qonağı olacaq.