Mark Rütte: Vladimir Putinə mesajım budur – NATO-nu məğlub edə bilməyəcəksiniz, bizimlə oyun oynamayın

10:55, 08.07.2026

NATO hər bir müttəfiq ölkəni müdafiə etməyə hazırdır. Bunu NATO-nun Baş katibi Mark Rütte Ankarada alyans liderlərinin plenar iclası öncəsi keçirilən brifinqdə bildirib.

Baş katib jurnalistin Rusiya Prezidenti Vladimir Putinə hansı mesajı vermək istədiyi ilə bağlı sualını cavablandırarkən deyib:

“Rusiyaya və Vladimir Putinə mesajım budur: NATO Avropa, Kanada və ABŞ-da yaşayan bir milyard insanı birləşdirən alyansdır. Biz ərazimizin hər qarışını müdafiə edəcəyik. NATO-nu məğlub edə bilməyəcəksiniz. Biz müdafiə alyansıyıq. Heç vaxt heç kimə hücum etməyəcəyik, yalnız həyat tərzimizi, demokratiyamızı və ərazimizi qoruyacağıq. Buna görə də bizimlə oyun oynamayın”, – deyə Mark Rütte vurğulayıb.

Oxşar