Mark Rutte - Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyadan gələn təhlükə yoxa çıxmayacaq, Rusiya Avropada və dünyada destabilizasiyaya səbəb olan qüvvə olaraq qalacaq
NATO-nun baş katibi Mark Rutte Rusiyanın yaxın gələcəkdə dünyada destabilizasiyaya səbəb olan qüvvə olaraq qalacağını bildirib.
O, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyadan gələn təhlükələrin qalacağını bildirib.
“Müharibə başa çatdıqdan sonra Rusiyadan gələn təhlükə yoxa çıxmayacaq. Yaxın gələcəkdə Rusiya Avropada və dünyada destabilizasiyaya səbəb olan qüvvə olaraq qalacaq” – Mark Rutte Buxarestdə keçirilən forumda Ukraynada davam edən müharibə ilə bağlı danışarkən deyib.
Təhlükəsizlik məsələlərini müzakirə edən NATO-nun baş katibi qeyd edib ki, təhlükələrə qarşı mübarizə aparmaq üçün müasir texnologiyalar və döyüş imkanları zəruridir.
“Bizə avadanlıq, real döyüş imkanları və əlbəttə, qabaqcıl texnologiyalar lazımdır, çünki üzləşdiyimiz təhlükələr real və uzunmüddətlidir. Rusiya tərəfindən Ukraynaya qarşı təhriksiz müharibə bu təhlükənin ən bariz nümunəsidir” – Mark Rutte qeyd edib.