Mark Rutte – Ukrayna ilə sülh razılaşmasından sonra belə, Rusiya NATO üçün təhlükə olaraq qalacaq

14:33, 03.04.2025

 

Ukrayna ilə sülh razılaşmasından sonra belə, Rusiya NATO üçün təhlükə olaraq qalacaq – bu haqda NATO-nun baş katibi Mark Rutte bildirib.

O, NATO-ya üzv ölkələr üçün bu təhlükənin hələ uzun illər mövcud olacağını deyib.

Ruttenin qeyd etdiyi kimi, alyans öz ərazilərini Rusiyadan necə müdafiə edəcəyini planlaşdırmalıdır.

“NATO ərazilərini ruslardan, Ukrayna ilə razılaşma imzalanandan sonra belə qalacaq bizim uzunmüddətli təhlükəmizdən necə qorumağımız 2032-ci il üçün əsas diqqət mərkəzindədir” – Mark Rutte bildirib.

Bununla yanaşı, Rutte ABŞ-nin alyansın etibarlı tərəfdaşı olaraq qaldığını təsdiqləyir və qeyd edir ki, o, avropalıların və kanadalıların müdafiəyə daha çox xərcləməsini gözləyən amerikalıların gözləntilərindən xəbərdardır. O bildirib ki, bu, yalnız Rusiya təhdidləri üçün deyil, həm də Çin tərəfindən nüvə silahının gücləndirilməsi, İran və Şimali Koreyaya görə də vacibdir.

Oxşar