Mark Rutte, Ukrayna ilə ABŞ arasında danışıqların müsbət nəticə ilə başa çatacağına dair “ehtiyatlı nikbinlik” əhval-ruhiyyəsində olduğunu bildirib
Mark Rutte, minister-president, minister van Algemene Zaken. Beeld: ©RVD – Valerie Kuypers en Martijn Beekman
NATO-nun baş katibi Mark Rutte, Ukrayna ilə ABŞ arasında danışıqların müsbət nəticə ilə başa çatacağına dair “ehtiyatlı nikbinlik” əhval-ruhiyyəsində olduğunu bildirib.
Mark Ruttenin Polşa Prezidenti Ancei Duda ilə birgə mətbuat konfransında qeyd etdiyi kimi, Donald Tramp həm Amerika Birləşmiş Ştatlarının, həm də şəxsən özünün alyansa sədaqətini açıq şəkildə ifadə edib.
“Yaxşı olar ki, hipotetik ssenarilərdən danışmayaq, çünki ehtimal edirəm ki, yenə “ehtiyatlı nikbinlik”lə işlər müsbət istiqamətdə inkişaf edə bilər. Bilirəm ki, bəzilərinin NATO-nun gələcəyi ilə bağlı narahatlığı ola bilər. Prezident Tramp ABŞ-nin öhdəliyini və NATO-ya şəxsi sədaqətini açıq şəkildə ifadə etdi. Həmçinin, Avropada müdafiə xərcləri baxımından daha çox şey etməli olduğumuza dair gözləntisini açıq şəkildə ifadə etdi” – Mark Rutte qeyd edib.