Mark Rutte – Trampın NATO üçün etdikləri əladır, mən bu adamı bəyənirəm, o, prezidentlərin Eyzenhauer dövründən bəri çalışdığı məqsədə – ABŞ və Avropa arasında müdafiə xərclərinin bərabərləşdirilməsinə nail olur

15:25, 07.07.2026

Mark Rutte – Trampın NATO üçün etdikləri əladır, mən bu adamı bəyənirəm, o, Eyzenhauer dövründən bəri prezidentlərin ABŞ və Avropa arasında müdafiə xərclərinin bərabərləşdirilməsi istiqamətində çalışdığı məqsədə nail olur

NATO-nun baş katibi Mark Rutte bəyan edir ki, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərə müdafiə xərclərini artırmaq məqsədilə təzyiq göstərərkən və İran əleyhinə müharibəyə başlayarkən də haqlı olub. Bu barədə Rutte “Politico”ya müsahibəsində bildirib.

“Sadəcə olaraq, bu adamı bəyənirəm. Düşünürəm ki, onun NATO üçün etdikləri əla hadisədir”, – deyə Rutte qeyd edib.

Onun sözlərinə görə, Prezident Tramp amerikalı prezidentlərin Eyzenhauer dövründən bəri çalışdığı məqsədə – ABŞ və Avropa arasında müdafiə xərclərinin bərabərləşdirilməsinə nail olur.

NATO-nun baş katibi bildirib ki, bu il keçirilən sammit “transformasiyaedici” olacaq və kritik əhəmiyyətli müdafiə proqramları üçün milyardlarla dollar maliyyə ayrılmasını təmin edəcək.

“Bunu Rusiyadan gələn təhlükə səbəbindən etməliyik və biz Rusiyanın Ukraynada nə etdiyini görürük”, – deyə Rutte bildirib.

NATO-nun baş katibinin sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, Alyans ABŞ-la tamhüquqlu tərəfdaşlığını davam etdirir.

“Düşünürəm ki, Prezident bəzi hallarda haqlıdır, çünki onun məyusluğu ədalətli ola bilər. Lakin avropalıların etdiklərinə daha geniş prizmadan baxsaq, bu, həqiqətən də nəhəng bir işdir”, – deyə Mark Rutte bildirib.

Oxşar