Mark Rutte - Tehranda zülmkar rejim öz əhalisinə qarşı kütləvi zorakılığa əl atır, NATO-nun müttəfiqləri bu böhranın həlli üçün hər gün çalışırlar
Mark Rutte - Tehranda zülmkar rejim öz əhalisinə qarşı kütləvi zorakılığa əl atır, NATO-nun müttəfiqləri bu böhranın həlli üçün hər gün çalışırlar

 

NATO-nun baş katibi Mark Rutte İrandakı cari hadisələrə münasibət bildirib və Tehranda “zülmkar rejim öz əhalisinə qarşı kütləvi zorakılığa əl atır” deyib.

“Tehranda bu zülmkar rejim öz əhalisinə qarşı kütləvi güc və zorakılığa əl atır. Çox sayda insanın həlak olması barədə çoxlu məlumat yayılır, bu da narahatedicidir. Sizi əmin edə bilərəm ki, NATO-nun müttəfiqləri bu böhranın həlli üçün hər gün çalışırlar və bu məsələ ilə bağlı daim əlaqə saxlayırlar. İrana ən yaxşısını arzulayırıq. Xüsusilə rəhbərliyə yox, İran xalqına” – Mark Rutte qeyd edib.

Bundan başqa, NATO-nun baş katibi “Global Europe Forum 2026″da çıxışı zamanı Rusiyanın “Oreshnik” raketlərinin dəhşətli silah olduğunu qeyd edib və müttəfiqləri Ukraynaya təcili olaraq “Oreshnik”i vurmağa kömək edəcək raketlər verməyə çağırıb.

“Onlar indi mülki infrastruktura, günahsız mülki şəxslərə hücum edirlər. Bunun cəbhə xəttindəki döyüşlərlə heç bir əlaqəsi yoxdur. Bu, yalnız Ukraynanın mülki əhalisi arasında panika və ölüm yaratmaq üçün edilir. Bu, rusların törətməyə hazır olduqları vəhşiliklərin sübutudur” – Rutte bildirib.