Mark Rutte - Rusiyanın, Baltikyanı ölkələrin Ukrayna dronları üçün öz hava məkanını açması barədəki iddiası gülüncdür
Rusiyanın, Baltikyanı ölkələrin Ukrayna dronları üçün öz hava məkanını açması barədəki iddiası gülüncdür – bu haqda NATO-nun baş katibi Mark Rutte alyansın qərargahında jurnalistlərə açıqlayıb.
O bildirib ki, əgər Ukrayna dronları Baltikyanı ölkələrdədirsə, bu, yalnız Rusiyanın müharibəsinin nəticəsidir.
“Əgər dronlar Ukraynadan gəlirsə, onlar orada Ukraynanın Latviya, Litva və ya Estoniyaya dron göndərmək istədiyinə görə deyillər. Rusiyanın ehtiyatsız, qanunsuz və irimiqyaslı hücumu səbəbindən onlar oradadırlar” – Rutte bildirib.
Rutte bildirib ki, NATO dünən Estoniya hava məkanında Rumıniya qırıcı təyyarəsi tərəfindən vurulan Ukrayna dronuna “sakit, qətiyyətli və mütənasib” reaksiya verib.
Məlumat üçün bildirək ki, mayın 19-da Rumıniya qırıcı təyyarəsi Estoniyada Ukrayna dronunu vurub, bu da ölkənin bir hissəsində hava hücumu həyəcanının verilməsinə səbəb olub. Medianın məlumatına əsasən, ölkə ərazisində ilk dəfədir ki, belə bir cihaz vurulur.
Ukrayna dronla bağlı “qeyri-ixtiyari hadisələrə” görə Estoniyadan üzr istəyib.