Mark Rutte – Rusiya ordusunun Ukraynada bir aydakı itkiləri ABŞ-nin 14 il ərzində Vyetnam müharibəsində verdiyi itkilərə demək olar ki, bərabərdir

14:18, 12.11.2026

 

NATO-nun baş katibi Mark Ruttenin bəyanatına əsasən, Rusiya ordusu Ukraynada hər ay həlak olan və ağır yaralananlar şəklində 40 mindən çox hərbi qulluqçu itirir. O, oktyabr ayında bu göstəricinin ehtimal ki, 50 mini də keçdiyini bildirib. Rutte bu barədə Atlantik Gələcək Forumunda çıxışı zamanı açıqlayıb.

“Birləşmiş Ştatlar Vyetnamda 14 il ərzində 56 min hərbçi itirib. Burada isə Rusiyanın bir ayda 40 min həlak olanı və ya ağır yaralananı var. İlkin məlumatlara əsasən, oktyabrda bu rəqəm 50 mindən də çox ola bilərdi. Bir ayda 50 min” – NATO-nun baş katibi açıqlayıb.

Ruttenin qiymətləndirməsinə əsasən, Rusiya Prezidenti Vladimer Putin döyüş meydanında uğursuzluğa düçar olub və Ukraynaya qarşı mülki əhaliyə və kritik infrastruktura hücumlar etməklə ukraynalıların müqavimətini qırmağa çalışır.

NATO-nun baş katibi Rusiyanı Avropa ölkələrində hibrid hücumları aktivləşdirməkdə də ittiham edib. Onun bəyanatına əsasən, Moskva təxribatlar, dronlarla bağlı insidentlər və kiberhücumlar vasitəsilə Qərbin birliyini pozmağa və Ukraynaya dəstəyi zəiflətməyə çalışır.

“Ölkələrimizə edilən hər bir rus hibrid hücumuna Ukraynaya daha çox dəstək verməklə cavab veririk“ – Rutte bildirib.

Oxşar