Mark Rutte - Rus pilotlar qırıcı təyyarələri idarə edə bilmirlər və onların kapitanları lövbəri necə buraxacaqlarını bilmirlər
NATO-nun baş katibi Mark Rutte rus pilotları və dənizçiləri masqaraya qoyub.
“Gəlin Rusiyanın nəyə qadir olduğunu şişirtməyək. Biz bilirik ki, onların qırıcı təyyarələrinin pilotları, məlum olduğu kimi, bu qırıcı təyyarələri idarə edə bilmirlər və onların kapitanları lövbəri necə buraxacaqlarını bilmirlər” – Mark Rutte NATO-nun müdafiə nazirlərinin görüşündən sonra bildirib.
Rusiyanın Prezident Administrasiyası Ruttenin bəyanatına münasibət bildirib.
Kremlin mətbuat katibi Dimitri Peskov, NATO-nun baş katibinin rus pilot və dənizçilərin qeyri-peşəkarlığı ilə bağlı bəyanatlarının onun onlar haqqında heç nə bilməməsindən xəbər verdiyini deyib.