Mark Rutte: NATO yeni kəşfiyyat təyyarələri və dronlardan ibarət donanma alacaq
Mark Rutte: NATO yeni kəşfiyyat təyyarələri və dronlardan ibarət donanma əldə edəcək
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Alyans yeni kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatlarından ibarət donanma alacaq. O, bu barədə NATO sammitinin açılışı zamanı keçirilən müdafiə sənayesi forumunda çıxışı zamanı deyib.
Ruttenin sözlərinə görə, Alyans hazırda istifadə olunan köhnəlmiş havadan erkən xəbərdarlıq və idarəetmə sistemi (AWACS) təyyarələrini əvəz etmək üçün 10 ədəd Saab GlobalEye tipli müşahidə təyyarəsi alacaq.
İsveç istehsalçısı Saab, ABŞ-ın Boeing şirkəti tərəfindən istehsal olunan geniş istifadə edilən təyyarələrə alternativ təqdim edir. Bundan əlavə, NATO donanmasına ilk dəfə Northrop Grumman tərəfindən hazırlanan beş ədəd yüksək hündürlükdə uçan Triton müşahidə dronu daxil ediləcək.
Mark Rutte bildirib ki, üzv ölkələr – Norveç, Finlandiya, Almaniya və Danimarka – satınalma niyyətinə dair sənəd imzalayacaqlar.
Bundan əlavə, Alyans Airbus A400M təyyarələrindən ibarət strateji hava daşımaları donanması yaradacaq.