Mark Rutte - NATO uzun müddətdir ki, İranın nə nüvə, nə də raket imkanlarına malik ola bilməyəcəyini bəyan edir, ABŞ-nin indi etdiyi məhz bu imkanları məhv etməkdir
Mark Rutte - NATO uzun müddətdir ki, İranın nə nüvə, nə də raket imkanlarına malik ola bilməyəcəyini bəyan edir, ABŞ-nin indi etdiyi məhz bu imkanları məhv etməkdir

 

NATO-nun baş katibi Mark Ruttenin bəyanatına əsasən, alyans uzun müddətdir ki, İranın raket proqramının yaratdığı təhlükəni dərk edir.

Ruttenin sözlərinə əsasən, ABŞ hazırda məhz həm nüvə, həm də raket imkanlarını məhv etmək üzərində işləyir.

“NATO uzun müddətdir ki, İranın nə nüvə, nə də raket imkanlarına malik ola bilməyəcəyini bəyan edir, Amerika Birləşmiş Ştatlarının indi etdiyi məhz bu imkanları məhv etməkdir” – Mark Rutte bildirib.

NATO-nun baş katibinin qeyd etdiyi kimi, İranın artıq “müttəfiqlər üçün getdikcə daha təhlükəli” olan imkanları var.

“Xoş xəbər odur ki, NATO bütün müttəfiqlərinin yanında möhkəm dayanır. Biz Türkiyəyə yönəlmiş ballistik raketləri üç ayrı halda uğurla zərərsizləşdirdik” – Mark Rutte Brüsseldə NATO-nun illik hesabatının təqdimatında qeyd edib.