Mark Rutte – NATO-nun yeni baş katibi kimi mənim prioritetim Ukraynanı dəstəkləmək və qələbəni təmin etməkdir

17:38, 03.10.2024

 
NATO-nun yeni baş katibi kimi mənim prioritetim və imtiyazım Ukraynanı dəstəkləmək və qələbəni təmin etməkdir – bu haqda NATO-nun yeni baş katibi Mark Rutte Kiyevə səfəri zamanı Ukraynanın Prezidenti Volodimir Zelenski ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Alyansın baş katibi Ukraynaya hərbi yardımın zəruriliyindən də danışıb.

“Biz bilirik ki, Ukraynanın təcili ehtiyacları var və biz daha çox və daha sürətlə iş görmək üçün çalışırıq. Son bir neçə həftə ərzində bir neçə müttəfiq Ukraynaya əlavə hərbi yardım elan edib, onların arasında Danimarka, Latviya, Birləşmiş Krallıqdan yeni töhfələr və ABŞ-dan 8 milyard dollara qədər yardım var. Ukraynanı dəstəkləmək və öz ehtiyatlarımızı doldurmaq müdafiə istehsalının artırılması deməkdir və bu, mənim prioritetim olacaq” – Rutte bildirib.

Ukraynanın NATO-ya inteqrasiyasına gəlincə, Rutte deyib ki, Ukrayna NATO-ya heç vaxt olmadığı qədər yaxındır və bu yol Ukrayna alyansa daxil olana qədər davam edəcək.

“Ukrayna günü-gündən güclənir və NATO ilə uyğunluğu artır. O, bizim ittifaqımıza qoşulmağa heç vaxt olmadığı qədər daha yaxşı hazırdır. Və bu, mahiyyət etibarı ilə Ukraynanın NATO üzvlüyünə körpü yaradır. Düşünürəm ki, gün gələcək, Ukrayna NATO-nun tamhüquqlu üzvü olacaq. İcazə verin, əlavə edim, əgər kimsə bunun əksini düşünə bilərsə – Rusiyanın bu məsələyə səs vermək və ya veto qoymaq hüququ yoxdur” – Rutte bildirib.

Öz növbəsində Volodimir Zelenski qeyd edib ki, ukraynalılar NATO üzvlüyünə layiqdirlər.

“Ukrayna NATO-nun 33-cü üzv ölkəsi ola bilər və fikrimizcə, ukraynalılar buna layiqdirlər. Bu gün biz əməkdaşlığımızın perspektivlərini, Ukraynanı gücləndirə və əməkdaşlığımızı dərinləşdirə biləcək əsas prioritetləri ətraflı müzakirə etdik. Həmçinin, bu gün biz qələbə planının elementlərini müzakirə etdik” – Zelenski bildirib.

Oxşar