Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb

12:46, 01.10.2024

 
Niderlandın sabiq baş naziri Mark Rutte bu gün NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb.

Mərasim alyansın mənzil-qərargahında keçirilir, bundan sonra da Mark Rutte ilk mətbuat konfransını keçirəcək, planlar və alyansın çağırışları haqqında danışacaq.

Oktyabrın 17-18-də Brüsseldə NATO-nun mənzil-qərargahında NATO-ya üzv 32 ölkənin müdafiə nazirlərinin illik payız görüşü keçiriləcək, növbəti görüşün dekabrda keçirilməsi planlaşdırılır.

Alyansın yeni baş katibi iyunun 24-26-da Haaqada keçirilməsi planlaşdırılan NATO sammitini hazırlamalıdır.

Mark Rutte 13 il ərzində Niderlandın dörd koalisiya hökumətinə rəhbərlik edirdi.

Oxşar