Mark Rutte - NATO-da hamımız Arktikanın qorunması məsələsində birlikdə çalışmalı olduğumuz barədə razılaşırıq
Mark Rutte - NATO-da hamımız Arktikanın qorunması məsələsində birlikdə çalışmalı olduğumuz barədə razılaşırıq

 

NATO-da hamımız Arktikanın qorunması məsələsində birlikdə çalışmalı olduğumuz barədə razılaşırıq – bu haqda NATO-nun baş katibi Mark Rutte bildirib.

O, ümid etdiyini bildirib ki, alyansa üzv dövlətlər gələn həftələrdə Arktika bölgəsində təhlükəsizliklə bağlı əlavə addımları müzakirə edəcəklər.

“Hamımız Arktikanın qorunması məsələsində birlikdə çalışmalı olduğumuz barədə razılaşırıq və məhz bunu edirik. Aramızda müzakirələr aparılanda heç vaxt şərh vermirəm, lakin sizə deyə bilərəm ki, Şimal Buzlu Okeanının təhlükəsizliyi barədə danışanda alyansda bu məsələdə heç bir fikir ayrılığı yoxdur” – Mark Rutte bildirir.