Mark Rutte - Müttəfiqlər müttəfiqlərin ərazisinin hər santimetrini qorumaqda qəti qərarlıdırlar, vəziyyəti diqqətlə izləyəcəyik, hava hücumundan müdafiə sistemlərimiz daim hazır vəziyyətdədir
Müttəfiqlər müttəfiqlərin ərazisinin hər santimetrini qorumaqda qəti qərarlıdırlar. Şərq cinahı boyunca vəziyyəti diqqətlə izləyəcəyik, hava hücumundan müdafiə sistemlərimiz daim hazır vəziyyətdədir – bu barədə NATO-nun baş katibi Mark Rutte Şimali Atlantika Şurasının iclasından sonra deyib.
“Dünən Rusiyadan çoxsaylı dronlar Polşanın hava məkanını pozdu. Hava hücumundan müdafiə sistemlərimiz işə salındı və NATO ərazisinin müdafiəsini uğurla təmin etdi. Polşa ilə birlikdə, Polşa F16-ları, Hollandiya F30-ları, İtaliyanın “AWACS”ları, alman “Patriot”ları da daxil olmaqla bir neçə müttəfiq iştirak etdi. Pilotlara və bu sürətli, bacarıqlı cavabda töhfəsi olan hər kəsə təşəkkürlər” – Rutte bildirib.
Mark Ruttebildirib ki, ötən gecə NATO ərazisinin hər santimetrini qoruya biləcəklərini göstərdi.
“Biz hər zaman əmin olmalıyıq ki, bir addım öndəyik. Ötən gecə NATO ərazisinin hər santimetrini, o cümlədən hava məkanını qoruya biləcəyimizi göstərdi” – Mark Rutte bildirib.
Bununla yanaşı, Ruttenin bəyanatına əsasən, Polşanın hava məkanının pozulması ilə bağlı alyans tərəfindən tam qiymətləndirmə aparılır.
“Şimali Atlantika Şurası bu səhər toplaşdı və Vaşinqton müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq vəziyyəti müzakirə etdi, Polşa tərəfindən məsləhətləşmələrin keçirilməsi tələbini nəzərə alaraq. Müttəfiqlər Polşaya həmrəylik ifadə etdilər və Rusiyanın məsuliyyətsiz hərəkətini qınadılar. Hadisənin tam qiymətləndirilməsi davam edir. Aydındır ki, dünənki pozuntu təcrid olunmuş insident deyil. Müttəfiq qüvvələrin komandanı bütün şərq cinahı boyunca çəkindirmə və müdafiə mövqelərimizin fəal idarə olunmasını davam etdirəcək. Müttəfiqlər müttəfiqlərin ərazisinin hər santimetrini qorumaqda qəti qərarlıdırlar. Şərq cinahı boyunca vəziyyəti diqqətlə izləyəcəyik, hava hücumundan müdafiə sistemlərimiz daim hazır vəziyyətdədir. Bu, NATO-nun əhəmiyyətini və bu il Haaqada zirvə toplantımızda müttəfiqlərin razılaşdığı istiqaməti gücləndirir” – Mark Rutte bildirib.
NATO-nun baş katibi həmçinin qeyd edib ki, müdafiə sahəsinə daha çox sərmayə qoymalıdırlar.
“Müdafiəmizə daha çox sərmayə qoymalı, müdafiə istehsalını artırmalıyıq ki, çəkindirmə və müdafiə üçün lazım olan şeylərə sahib olaq. Biz təhlükəsizliyi bizim təhlükəsizliyimizlə bağlı olan Ukraynanı dəstəkləməyə davam etməliyik” – Mark Rutte bildirib.
Bununla yanaşı Mark Rutte bildirib ki, Vladimer Putin Ukraynada müharibəni və dinc əhalinin qətliamını dayandırmalıdır.
“Biz hələ də qiymətləndirmə prosesindəyik. Bunun əvvəlcədən düşünülmüş hərəkət olub-olmamasından asılı olmayaraq, bu, yenə də tam düşüncəsizlikdir. Bizim Putinə mesajımız tamamilə aydındır: o, Ukraynada müharibəni və dinc sakinlərin qətliamını dayandırmalıdır. Biz NATO ərazisinin hər santimetrini müdafiə etməyə hazırıq” – Rutte bildirib.