Mark Rutte Kiyevə gedib
Mark Rutte Kiyevə gedib

 

NATO-nun baş katibi Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi Kiyevə gedib. Məlumatı “Financial Times”ın jurnalisti Kristofer Miller “X”də dərc edir.

“Məsələ ilə əlaqəli şəxslərin məlumatına əsasən, NATO-nun baş katibi Mark Rutte çərşənbə axşamı səhəri, Rusiyanın Kiyevin enerji infrastrukturunu bombalamasını bərpa etməsindən bir neçə saat sonra Kiyevə gəlib. Rutte günün sonunda Zelenski ilə görüşəcək” – o yazır.

Medianın məlumatına əsasən, Ruttenin Kiyevə səfəri Rusiyanın gecə Ukraynaya 450 dron və 60-dan çox raketlə hücum etdiyi bir vaxta təsadüf edir.