Mark Rutte ilə Donald Tramp arasında telefon danışığı olub
NATO-nun baş katibi Mark Rutte ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Rutte bu haqda məlumatı sosial şəbəkədə yayır.
“Donald Trampla möhtəşəm söhbətim oldu. ABŞ və NATO güclənir. NATO-nun müttəfiqləri müdafiəyə daha çox sərmayə qoymaq üçün sürətlə hərəkət edirlər. Böyük artım elan edilib və başqaları da izləyəcək.
Ukraynaya gəlincə, müttəfiqlər yardım üçün əlavə olaraq milyardlar hazırlayırlar, eləcə də təhlükəsizlik zəmanətlərinə töhfə vermək üçün” – NATO-nun baş katibi Mark Rutte yazır.