Mark Rutte gələn həftə Vaşinqtona səfər edəcək

13:25, 02.04.2026

NATO-nun baş katibi Mark Rutte gələn həftə Vaşinqtona səfər edəcək və Şimali Atlantika Alyansından çıxmaqla hədələyən ABŞ Prezidenti Donald Trampla görüşəcək. Bu barədə “Reuters” məlumat yayıb.

Mediada bildirilir ki, səfərlə bağlı məlumatı NATO və Ağ Evin mətbuat xidmətləri də təsdiqləyir, lakin hazırda detallər açıqlanmır. Qeyd olunur ki, səfər xeyli əvvəl planlaşdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansından çıxması məsələsini “ciddi şəkildə nəzərdən keçirdiyini” bəyan edib.

Oxşar