Mark Rutte – Düşünürəm ki, Ukraynanın özünü müdafiə etməsi vacibdir və bu, həmçinin logistika qovşaqlarına zərbələrin endirilməsini nəzərdə tutur

21:07, 17.11.2026

 

NATO-nun baş katibi Krım körpüsünə edilən hücumu dəstəkləyir. Mark Ruttenin sözlərinə əsasən, Ukraynanın müdafiə və Rusiyanın logistika qovşaqlarına, konkret olaraq Krım körpüsünə zərbələr endirmək hüququ var.

O, Ukraynanın özünü müdafiə etməsinin mühüm olduğunu bildirib.

“Əlbəttə, mediada kadrları gördüm. Düşünürəm ki, Ukraynanın özünü müdafiə etməsi vacibdir və bu, həmçinin logistika qovşaqlarına zərbələrin endirilməsini nəzərdə tutur. Onların etdikləri qaçılmazdır” – Rutte Brüsseldə “Ramstein” formatında təmas qrupunun görüşü başlamazdan əvvəl açıqlayıb.

Oxşar