Mark Rutte – Avropada neft emalı güclərinin azalması narahatlıq doğurur, müharibə vəziyyətində bu, qitəni həssas vəziyyətə sala bilər

18:01, 25.09.2026

Avropada neft emalı güclərinin azalması narahatlıq doğurur – bu barədə NATO-nun baş katibi Mark Rutte “Bloomberg”ə müsahibəsində bildirib.
Şimali Atlantika Alyansının rəhbərinin sözlərinə görə, müharibə vəziyyətində Avropada neft emalı güclərinin çatışmazlığı qitəni həssas vəziyyətə sala bilər.

“NEFT EMALI ZAVODLARI BAĞLANIR”, – deyə Rutte bildirib və qeyd edib ki, ABŞ dizel yanacağının ixracına qadağa qoyulmasını nəzərdən keçirdiyi bir vaxtda bu, “böyük narahatlıq” doğurur.

Oxşar