Mark Rutte – ABŞ Prezidenti Avropanın müdafiəyə kifayət qədər pul xərcləməməsini deməkdə haqlıdır
ABŞ Prezidenti Avropanın müdafiəyə kifayət qədər pul xərcləməməsini deməkdə haqlıdır – bu haqda NATO-nun baş katibi Mark Rutte Davos forumunda bildirib.
Şimali Atlantika Alyansının rəhbəri deyib ki, NATO müdafiə xərclərini artırmaq zərurəti ilə bağlı “böhran rejimində”dir.
Mark Ruttenin bəyanatına əsasən, alyansın bütün üzvləri ÜDM-nin iki faizini müdafiəyə xərcləmir və qarşıdakı aylarda bütün müttəfiqlər iki faizlik göstəriciyə çatmalıdırlar.
Rutte həmçinin qeyd edib ki, Rusiyanın Prezidenti Vladimer Putinin gələcəkdə kimin NATO-ya üzv olması ilə bağlı veto hüququ yoxdur.
“Daha çox xərcləməliyik. Biz indi burada, Avropada orta hesabla iki faiz xərcləyirik. Daha çox olmalıdır. Düşünürəm ki, Donald Tramp kifayət qədər xərcləmədiyimizi deməkdə haqlıdır. ABŞ-ın xərclədiklərini balanslaşdırmalıyıq, lakin xüsusilə burada sənaye bazasına baxmalıyıq. Beləliklə, müdafiə sənayemizin istehsal etdiyi və onlar kifayət qədər istehsal etmirlər, lakin innovasiya baxımından da biz çox ləngik. Ən yaxşı yaxşının düşmənidir. Bütün bunlar mükəmməl olmalıdır” – Mark Rutte qeyd edib.