Mark Rutte: ABŞ Avropaya əvvəlkindən daha çox sadiqdir, ona NATO, güclü və təhlükəsiz Avropa, Arktika və Atlantik okeanı lazımdır
ABŞ Avropaya əvvəlkindən daha çox sadiqdir. Bu barədə NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransı çərçivəsində BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən ay Qrenlandiya ilə bağlı keçirilmiş gərgin danışıqlardan sonra NATO müttəfiqləri arasında “düşüncə dəyişikliyi” müşahidə olunur.
“Sonda biz avropalıların özlərinin həll etmək istədiyi məsələlərlə məşğul oluruq – onlar daha çox vəsait xərcləyir və liderlik rolunu üzərlərinə götürürlər. ABŞ Avropaya tam sadiqdir, əvvəlkindən daha çox. ABŞ-a NATO lazımdır. Onlara güclü və təhlükəsiz Avropa, güclü və təhlükəsiz Arktika, Atlantik okeanı öz təhlükəsizlik və müdafiələri üçün lazımdır,” – deyə Rutte bildirib.