Mark Rute - NATO-ya üzv ölkələrin müdafiə xərclərini artıracaqlarına dair vədləri Donald Trampın xarici siyasətinin ən böyük uğurudur
Mark Rute - NATO-ya üzv ölkələrin müdafiə xərclərini artıracaqlarına dair vədləri Donald Trampın xarici siyasətinin ən böyük uğurudur

 

NATO-ya üzv ölkələrin müdafiə xərclərini artıracaqlarına dair vədləri Donald Trampın xarici siyasətinin ən böyük uğurudur – bu haqda NATO-nun baş katibi Mark Rute bildirib.

“BBC”yə müsahibəsində Mark Rute qeyd edib ki, Donald Tramp sayəsində NATO heç vaxt olmadığı qədər daha güclüdür. Onun sözlərinə əsasən, Tramp “kollektiv müdafiə, NATO və Ukrayna üçün yaxşı xəbərdir”.

Bununla yanaşı, Rute Trampın Ukraynadakı müharibəni bitirmək baxımından səylərini tərifləyib.

“Rusiya təhlükəsizlik zəmanətlərinin olması halında, artıq bir daha Ukraynaya hücum etməyə cəhd etməməli olduğunu görəcək, çünki reaksiyamız dağıdıcı olacaq və indi məhz bundan danışırıq” – Mark Rute bildirib.