Mark Rute - Biz ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün bu dəhşətli müharibəni bitirmək cəhdində birləşmişik, indi top Putinin meydançasındadır
Mark Rute - Biz ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün bu dəhşətli müharibəni bitirmək cəhdində birləşmişik, indi top Putinin meydançasındadır

 

NATO-nun baş katibi Mark Rute sosial şəbəkədə yazır ki, top hazırda Rusiya Prezidenti Vladimer Putinin meydançasındadır.

Bu barədə Mark Rute “X”da yazıb. Şimali Atlantika Alyansının baş katibi bu gün ABŞ və Ukrayna prezidentlərinin, eləcə də avropalı liderlərin virtual sammitində iştirak edirdi.

“Prezident Tramp və Putinin görüşündən əvvəl ABŞ Prezidenti, Ukraynanın lideri və avropalı liderlər ilə möhtəşəm telefon danışığım oldu. Biz ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukraynaya qarşı davam edən bu dəhşətli müharibəni bitirmək cəhdində birləşmişik. Donald Trampın liderliyini və müttəfiqlərlə sıx koordinasiyasını yüksək qiymətləndiririk. İndi top Putinin meydançasındadır” – Mark Rute yazır.