Mark Rute – Avropalı müttəfiqlər və Kanada NATO-ya töhfələrində və imkanlarında “kvant sıçrayışı” etməlidirlər, bunun üçün ən vacibi daha çox investisiya qoymaqdır
NATO-nun baş katibi Mark Rute Avropa İttifaqı və Kanadanı alyansın müdafiə xərclərini artırmağa və “kvant sıçrayışı” etməyə çağırır.
Rutenin illik hesabatı təqdim edərkən qeyd etdiyi kimi, avropalı müttəfiqlər və Kanada 2024-cü ildə NATO-nun büdcəsinə ötən illə müqayisədə 19.4% daha çox investisiya qoyublar, lakin onun sözlərinə əsasən, bu səylərin daha da gücləndirilməsi lazımdır.
“Avropalı müttəfiqlər və Kanada NATO-ya töhfələrində və imkanlarında “kvant sıçrayışı” etməlidirlər, bunun üçün ən vacibi daha çox investisiya qoymaqdır” – Rute bildirib.
Hesabata əsasən, 2024-cü ildə ABŞ-nin NATO-nun müdafiə xərclərinə töhfəsi 64%, avropalı müttəfiqlərin və Kanadanın töhfəsi isə 36% təşkil edib. 2%-lik göstəriciyə gəlincə, alyansa üzv 32 ölkədən 22-si NATO-nun büdcəsinə ÜDM-in 2%-ni daxil edib.
Qeyd edilməlidir ki, ABŞ NATO-nun büdcəsinə 2%-lik töhfənin 5%-ə artırılmasını tələb edir.