Mark Kleyton – Avro-Atlantik inteqrasiyada iqtisadi artımın, gələcək rifahın və tərəqqinin təmin edilməsində Gürcüstana dəstək vermək üçün böyük işlər görülür
Mən İnvestorlar Şurasının bugünkü iclasında Gürcüstanın Baş nazirinin sədrliyi ilə hökumət üzvlərinin iştirak etdiyi çox faydalı və canlı müzakirədə iştirak etdim”, – deyə Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton bildirib.
O bildirib ki, Böyük Britaniya Avropa Yenidənqurma və İnkişaf Bankı ilə tərəfdaşlıq yolu ilə bu forumu dəstəkləməkdən qürur duyur.
“Gürcüstanda fəaliyyət göstərən işgüzar dairələrin və qurumların onlara aid olan məsələləri birbaşa hökumətlə müzakirə etmək imkanının olması vacibdir. Bu görüş sadəcə aysberqdir və aşağıda ayrı-ayrı seminarlar formatında böyük həcmdə iş aparılır və onların hər biri Gürcüstana iqtisadi artımın, gələcək rifahın və Avro-Atlantik inteqrasiya yolunda irəliləyişin təmin edilməsində dəstək olmaq məqsədi daşıyır”, – dedi Mark Kleyton.