Mark Karni – Təhlükəsizlik təminatları Avropa, Kanada və ABŞ-nin ortaq məsuliyyətidir
Kanadanın Baş naziri Mark Karni Dublində Avropa Siyasi Birliyinin (EPC) zirvə toplantısı başlamazdan əvvəl jurnalistlərlə Kanada-Avropa yaxınlaşması, Ukraynanın təhlükəsizlik təminatları, prezident Volodimir Zelenski ilə planlaşdırılan görüş və yerli iqtisadi məsələlər barədə danışıb.
Karni Ukraynanın təhlükəsizlik təminatlarına diqqət çəkərək bu prosesdə Qərb tərəfdaşlarının birgə səylərinə ehtiyac olduğunu bildirib.
Onun sözlərinə əsasən, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə planlaşdırılır və o, liderləri Əbu-Dabidə keçirilən danışıqların, amerikalı nümayəndələrin Moskvaya səfərinin nəticələri ilə tanış edəcək.
“Hər şeydən əvvəl, təhlükəsizlik təminatları üzrə məsuliyyət Kanada və Birləşmiş Ştatlarla birlikdə Avropanın məsuliyyətidir. Bu gün günorta prezident Zelenski ilə müzakirəmiz olacaq və o, bizi Əbu-Dabidə keçirilən danışıqların nəticələri, həmçinin amerikalı nümayəndələrin və Putinin cavabının təfərrüatları ilə tanış edəcək, lakin qarşıda hələ görüləsi çox iş var” – Mark Karni açıqlayıb.