Mark Karni Kanadanın Fələstin dövlətini sentyabrda tanıyacağını bildirir
Kanada Fələstin dövlətini tanıyacaq.
Ölkənin baş naziri Mark Karninin qeyd etdiyi kimi, Kanada Fransa və Böyük Britaniyaya qoşulacaq və Fələstin dövlətini sentyabrda tanıyacaq.
Eyni zamanda, Karni izah edib ki, bu addım Fələstin hakimiyyətinin idarəçilik islahatı aparmaq və 2026-cı ildə “HƏMAS” olmadan ümumi seçkilər keçirmək, eləcə də ərazinin demilitarizasiyasını aparmaq da daxil olmaqla bir neçə şərtdən asılı olacaq.
Kanadanın Baş nazirinin bəyanatına əsasən, Kanada danışıqlar nəticəsində əldə olunan sülh prosesi kimi iki dövlət prinsipini dəstəkləyirdi, lakin bu yanaşma artıq özünü doğrultmur.
Bununla yanaşı, Mark Karni Qəzza sektorundakı vəziyyətdən danışıb. “Qəzzada insan əzabının səviyyəsi dözülməzdir və sürətlə pisləşir” – o, qeyd edib.
Məlumat üçün bildirək ki, Fransa və Böyük Britaniya sentyabrda Fələstin dövlətini tanımaq niyyətindədir.