Mark Karni – Biz Avropa İttifaqına üzv olmağa çalışmırıq, Kanada ilə Avropa İttifaqı arasında unikal alyansın yaradılması ilə bağlı danışıqlara başlamaq istəyirik

12:55, 14.09.2026

„Biz Avropa İttifaqına üzv olmağa çalışmırıq. Kanada ilə Avropa İttifaqı arasında unikal alyansın yaradılması ilə bağlı danışıqlara başlamaq istəyirik“, – Kanadanın Baş naziri Mark Karni bildirib.

Karninin sözlərinə görə, Kanada və Avropa eyni dəyərləri bölüşür.

„Birlikdə biz daha güclüyük. Bu, dünyanın daha təhlükəli və parçalanmış olduğu bir vaxtda xüsusilə vacibdir. Belə bir şəraitdə dostlar bir-birinin yanında dayanmağı bacarmalıdır“, – Kanadanın Baş naziri qeyd edib.

Karni bu açıqlamanı „Wall Street Journal“ın mənbələrə istinadən Kanadanın Avropa İttifaqının „assosiativ üzvü“ olub-olmayacağını nəzərdən keçirdiyi barədə məlumat yaymasından sonra verib.

Nəşrin məlumatına görə, Avropa İttifaqı Kanada üçün assosiativ üzvlüyün yeni statusunun yaradılması ideyasını nəzərdən keçirməyə hazırdır.

Oxşar