Marco Rubio – NATO tərəfdaşları bizə bazalardan istifadə etməyə icazə vermirsə, o zaman ümumiyyətlə bu alyansın nə mənası var?
Marco Rubio – NATO tərəfdaşları bizə bazalardan istifadə etməyə icazə vermirsə, o zaman ümumiyyətlə bu alyansın nə mənası var?

ABŞ-ın dövlət katibi Marco Rubio NATO-nun mövcudluğu ideyasını şübhə altına alıb, çünki alyansın bəzi üzvləri İrana qarşı ABŞ zərbələri üçün aviasiya bazalarından istifadə edilməsinə icazə verməyib.

Bu barədə Marko Rubio “Fox News”a verdiyi müsahibədə bildirib.

“NATO tərəfdaşları bizə bazalardan istifadə etməyə icazə vermirsə – bu bazalar NATO-nun ABŞ üçün faydalı olmasının əsas səbəblərindən biridir – məsələn, İspaniya bizə ‘yox’ deyirsə, onda ümumiyyətlə bu alyansın nə mənası var? Elə çıxır ki, onlar yalnız özlərinə sərf edəndə müttəfiq olurlar”, – deyə Rubio bildirib.

ABŞ dövlət katibi dəstəyi ilə seçilən ölkələri ayrıca qeyd edib:

“Yalnız bir ölkəni xüsusilə qeyd edim – Portuqaliya. Onlar biz soruşmazdan əvvəl belə müsbət cavab verdilər”, – deyə o əlavə edib.

Rubio İspaniya-nın mövqeyini “çox pis” kimi qiymətləndirib.

O həmçinin bildirib:

“Biz niyə oradayıq? Sadəcə onları qorumaq üçün, yoxsa öz milli maraqlarımızı gücləndirmək üçün? Bu, cavab verilməli çox ciddi bir sualdır.”