Marco Rubio — İranla ya yaxşı razılaşmamız olacaq, ya da onunla başqa cür məşğul olmalı olacağıq
Marco Rubio bildirib ki, ABŞ ya İranla yaxşı razılaşma əldə edəcək, ya da Tehranla “başqa yolla” münasibət quracaq.
Onun sözlərinə görə, Vaşinqton İranla bağlı mümkün alternativ variantları nəzərdən keçirməzdən əvvəl diplomatiyaya uğur qazanmaq üçün bütün imkanları verəcək.
Bununla yanaşı, dövlət katibi Hindistana rəsmi səfərinə başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib ki, prezident Donald Trump İranla ABŞ üçün əlverişsiz razılaşma imzalamayacaq.
“İşlər hələ də davam edir. Dediyim kimi, dünən axşam düşünürdük ki, bəlkə müəyyən yenilik olacaq. Ola bilsin ki, bu, bu gün baş versin. Prezident Tramp pis razılaşma bağlamayacaq. O, sadəcə belə bir addım atmaz. Bu məsələyə prezident Tramp kimi yanaşan yoxdur və heç kim İranın nüvə təhlükəsinə onun qədər ciddi yanaşmır. Buna görə də əminəm ki, ya yaxşı razılaşmamız olacaq, ya da onunla başqa cür məşğul olmalı olacağıq. Biz isə yaxşı razılaşmanın əldə olunmasını üstün tuturuq”, – deyə Marko Rubio bildirib.