Marco Rubio — Donald Trump ABŞ bazalarından istifadə icazəsi verməyən NATO üzvlərindən çox məyusdur

10:21, 22.05.2026

Marco Rubio bildirib ki, Donald Trump öz ərazilərində yerləşən ABŞ bazalarından istifadəyə icazə verməyən NATO üzvlərindən “çox məyusdur”.

ABŞ dövlət katibi bunu İsveçdə NATO xarici işlər nazirlərinin görüşünə yola düşməzdən əvvəl deyib.

Onun sözlərinə görə, eyni zamanda alyansın bəzi ölkələri ABŞ-yə böyük dəstək verir.

“İspaniya kimi ölkələr var ki, həmin bazalardan istifadə etməyimizi qadağan edir — o zaman niyə NATO-dasınız? Bu, tamamilə ədalətli sualdır. Ədalət naminə deməliyəm ki, NATO-nun digər ölkələri bizə çox kömək ediblər, lakin bu məsələ müzakirə olunmalıdır. Düşünmürəm ki, ABŞ-nin və xüsusilə prezidentin hazırda NATO-dan çox məyus olduğunu bilmək kimisə təəccübləndirsin”, — deyə Rubio jurnalistlərə bildirib.

Məlumat üçün qeyd edək ki, Donald Tramp NATO üzvlərini ABŞ-İsrail hərbi kampaniyasına daha çox dəstək vermədiklərinə görə dəfələrlə tənqid edib. Ağ ev rəhbəri həmçinin ABŞ-nin alyansı tərk edə biləcəyini də istisna etməyib.

Oxşar