Mariya Zaxarova – Amerika Birləşmiş Ştatları, Ukrayna hakimiyyəti və Avropa ölkələri rus qazının tədarükünün dayandırılmasına görə məsuliyyət daşıyırlar
Amerika Birləşmiş Ştatları, Ukrayna hakimiyyəti və Avropa ölkələri rus qazının tədarükünün dayandırılmasına görə məsuliyyət daşıyırlar – bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova bildirib ki, onlar öz vətəndaşlarının rifahını “Amerika iqtisadiyyatını maliyyə cəhətdən dəstəkləmək üçün” qurban verdilər.
“Rəqabət qabiliyyətli və ekoloji cəhətdən təmiz rus enerjisinin tədarükünün kəsilməsi təkcə Avropanın iqtisadi potensialını zəiflətmir, həm də Avropa vətəndaşlarının həyat standartına çox mənfi təsir göstərir” – Zaxarova bildirir.
Zaxarova Amerika Birləşmiş Ştatlarını enerji bazarının yenidən bölüşdürülməsinin əsas benefisiarı və Ukrayna böhranının sponsoru adlandırıb.
Xatırladaq ki, yanvarın 1-dən Kiyev rus qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitini dayandırıb.