Mariupoldan 20 apreldə humanitar dəhlizlə dörd evakuasiya avtobusu çıxdı
Mariupoldan 20 apreldə humanitar dəhlizlə dörd evakuasiya avtobusu çıxdı, şəhərdən əhalinin evakuasiyasının davam etdirilməsi bu gün də planlaşdırırlır. Bu barədə Ukrayna baş nazir müavini, İrina Vereşuk bəyan etdi.
Onun məlumatına görə, qadın, uşaq və qocaların Mariupoldan təxliyəsi aprelin 21-də davam etdiriləcək.
“Dörd evakuasiya avtobusu dünənki humanitar dəhlizilə şəhəri tərk edə bildi. Onlar gecəni Berdyankada keçirdilər, indi Vasilyevkaya gedirlər. Biz onları tezliklə Zaporojyedə gözləyirik”, – Vereşuk bəyan etdi.
Avtobusa miiniş yerli vaxtla saat 14:00-da başlayacaq. Vereşuk qeyd edir ki, çətin təhlükəsizlik vəziyyəti ilə əlaqədar dəyişikliklər baş verə bilər, ona görə də sakinləri rəsmi məlumatları izləməyə çağırır.
Mariupol martın 1-dən Rusiya qüvvələrinin mühasirəsindədir.
Yerli hakimiyyətin məlumatına görə, şəhərdə 100 minə yaxın insan qalıb.