Mariupol Şəhər Şurasının məlumatına görə, Mariupol Dram Teatrının bombalanması nəticəsində 300-ə qədər insan həlak oldu
Ukraynanın Mariupol şəhərinin Dram Teatrının bombalanması nəticəsində 300-ə qədər insan həlak oldu. Bu barədə məlumatı Mariupol Şəhər Şurası yayır.
Teatr martın 16-da rus işğalçı qüvvələri tərəfindən hücuma məruz qaldı. Binaya 1500-ə qədər insan sığınmışdı.
Dağıntılar altında qalanların çıxarılması üçün aparılan axtarış-xilasetmə əməliyyatı intensiv bombalama və döyüş əməliyyatları səbəbindən bir neçə gün aparıla bilinmirdi.
Mariupol meri, Vadim Boyçenkonun bəyan etdiyinə görə, Şəhərdə humanitar vəziyyət getdikcə pisləşir. Şəhərdə evakuasiyanı hələ də 100 000-ə qədər insan gözləyir.