Mariupol merinin sözlərinə görə, müharibə başlayandan bəri şəhərdə beş minə yaxın insan həlak olub
Müharibə başlayandan bəri Mariupolda 210-u uşaq olmaqla 5 minə yaxın insan həlak olub. Müvafiq məlumatları Mariupol meri Vadim Boyçenko açıqlayıb.
Merin sözlərinə görə, şəhər artıq 27 gündür ki, Rusiya qüvvələrinin mühasirəsindədir.
Merin sözlərinə görə, çoxmərtəbəli və fərdi yaşayış evlərinin 90%-i dağılıb və ya zədələnib. Eyni zamanda şəhərdə üç xəstəxana, bir poliklinika və bir doğum evi tamamilə dağılıb.
Zərər çəkmiş 57 məktəbdən 23-ü tamamilə dağılıb. Həmçinin qəzalı vəziyyətdə olan uşaq bağçalarından 70-i dağıdılıb.
Mariupolda iki fabrikə, limana və hərbi hissəyə də ziyan dəyib.
Mariupolun mühasirəsinə qədər 140 minə qədər insan şəhəri tərk edib, blokadadan sonra isə 150 min insan şəhərdən təxliyə edilib. Merin sözlərinə görə, hazırda mühasirədə olan şəhərdə 170 minə yaxın vətəndaş qalıb.