Mariupol meri deyir ki, müharibə başlayandan bəri şəhərdə ən azı 10 min dinc sakin həlak olub

10:49, 12.04.2022

Ukraynanın Mariupol şəhərinin meri deyir ki, müharibə başlayandan bəri şəhərdə ən azı 10 min dinc sakin həlak olub. Bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko Associated Press agentliyinə məlumat verib.

Boyçenko dinc əhali arasında qurbanların sayının 20 mini keçə biləcəyini istisna etmir.

Mediaya telefonla danışan Mariupol meri Rusiya qüvvələrinin Mariupolda səyyar krematoriyalar qurduğunu bildirib. Rusiya hərbçilərinin Mariupoldakı humanitar konvoylara cinayətlərini gizlətməyə icazə vermədiyini deyən o, işğalçı qüvvələrin cəsədləri soyuducular olan ticarət mərkəzinə yerləşdirdiyini bildirib.

Oxşar