Marina Kaliurand - Səhərdən seçkiləri müşahidə edirik, görürük ki, insanlar işləyir, seçicilər  gəlir
Marina Kaliurand - Səhərdən seçkiləri müşahidə edirik, görürük ki, insanlar işləyir, seçicilər gəlir

Estoniya parlamentinin deputatı Marina Kaliurandın verdiyi məlumata görə, Avropa Parlamentinin nümayəndə heyəti səhər saatlarından etibarən Gürcüstanda özünüidarəetmə seçkilərini müşahidə edir.

Onun sözlərinə görə, seçicilərin seçkilərdə iştirakını asanlaşdırmaq üçün, o cümlədən fiziki məhdudiyyətli şəxslərin səs verməsi üçün lazımi şərait yaradılıb.

“Seçkiləri saat 07: 30 -dan etibarən müşahidə edirik ki, seçki məntəqələrinin necə açıldığını, seçki qutularının necə möhürləndiyini görək. Görürük ki, insanlar işləyir, seçicilər gəlir, fiziki məhdudiyyətli şəxslərin seçkilərə qatılmasını asanlaşdırmaq üçün şərait yaradılıb.

Çox dar bir pilləkənin olduğu Dram Teatrında idik və düşünürəm ki, səs vermək istəyənlərin seçkiyə getməsi asan olmayacaq, amma mənə fiziki məhdudiyyətli şəxslərin əvvəlcədən qeydiyyatdan keçdiyini izah etdilər. Düşünürəm ki, düzəldilə bilər, amma yekun nəticələrə 8 saat qalıb “dedi Marina Kaliurand.