Marina Ezuqbaiyanın məlumatına görə, koronavirusun yeni halının yoluxma mənbəsi bu mərhələdə məlum deyil
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun yeni halının yoluxma mənbəsi bu mərhələdə məlum deyil.
Elə onun məlumatına görə, pasiyenti klinikaya karantin məkanından yerləşdirdilər.
“Klaster məlum deyil, mənbə naməlumdur. Səhv etmirəmsə karantin məkanından gətirilibdir. Lakin mənbəni təsdiq edə bilmirik, bilmirəm”, – Ezuqbaiya bəyan etdi.
Bununla yanaşı, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, hazırda kovid-mərkəzlərdə 279 insan müalicəsini davam etdirir.
Gürcüstanda son 24 saat ərzində koronavirusun yalnız bir yeni halı qeydə alındı, 32 pasiyent isə, sağaldı.