Marina Ezuqbaiyanın məlumatına görə, koronavirusa yoluxan yeni pasyent Bolnisinin təsdiq olunmuş halının kontaktıdır
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, onların klinikasında koronavirusun yeni halını qəbul etməyiblər.
Ölkədə təsdiq olunmuş yeni hala gəldikdə, Ezuqbaiya deyir ki, o, Bolnisi ilə əlaqədardır.
“Koronavirusa yoluxan yeni pasyent Bolnisinin təsdiq olunmuş halının kontaktıdır”, – Ezuqbaiya bəyan etdi.
Bu vaxt üçün Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan 30 pasiyent müalicə olunur.
“Vəziyyət dəyişməyib, yenə iki ağır pasiyentimiz var. Ağır pnevmoniya ilə. Baxaq, onların dinamikası nə cür olacaq və proqnozlaşdırmaya o cür qərar veriləcək.
Yeni təsdiq olunan pasiyent klinikamıza daxil edilməyib. Dünən sağalan yalnız bir pasiyentimiz var idi. Başqa durum dəyişməyib”, – Ezuqbaiya bəyan etdi.