Marina Ezuqbaiyanın dediyinə görə, koronavirusun 11 yeni halından səkkizi Saburtalo klasterindəndir, üçü isə, Mareti kəndindəndir
Marina Ezuqbaiyanın dediyinə görə, koronavirusun 11 yeni halından səkkizi Saburtalo klasterindəndir, üçü isə, Mareti kəndindəndir

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun 11 yeni halından səkkizi Saburtalo klasterindəndir, üçü isə, Marneuli munisipalitetinin Mareti kəndindəndir.

“Ölkədə yeni klaster, yeni mənbə yoxdur. Koronavirusa yoluxan 54 pasiyen klinikamızda müalicə olunur. Altı yeni təsdiq olunmuş halı Marneulinin Mareti kəndindən və ötən gün Bolnisidən təsdiq olunmuş haldan qəbul etdik”, – Ezuqbaiya bəyan etdi.