Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun yeni üç halı Tetrisğaro ilə bağlıdır, pasiyentlər karantin məkanında idilər
Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun yeni üç halı Tetrisğaro ilə bağlıdır, pasiyentlər karantin məkanında idilər

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda qeydə alınan koronavirusun yeni üç halı Tetrisğaro ilə bağlıdır, pasiyentləri klinikaya  karantin məkanından apardılar.

Elə onun dediyinə görə, bu vaxt üçün İfeksiya Xəstəxanasında koronavirusa yoluxan 41 pasiyent yerləşdirilib.

Buradan ikisi klinikaya dünən yerləşdirildi.

Elə onun açıqlamasına görə, İnfeksiya Xəstəxanasında dünən bir pasiyent sağaldı. Ümumilikdə klinikanı 87 sağalmış pasiyent tərk etdi.

Bununla yanaşı Marina Ezuqbaiyanın məlumatına görə, bu vaxt üçün kovid-mərkəzlərində 311 pasiyent müalicə olunur.