Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun səkkiz yeni halından altısı karantin məkanındandır, ikisi isə, Bolnisidən
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun səkkiz yeni halından altısı karantin məkanındandır, ikisi isə, Bolnisidən.
Elə onun dediyinə görə, pasiyentlərin hamısı onların klinikasına yerləşdirilib.
Ümumilikdə, İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan 40 pasiyent müalicə olunur, kovid-mərkəzlərdə isə – 158.