Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun hər beş halının mənbəsi məlumdur, pasiyentlər karantin məkanında idilər
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun hər beş halının mənbəsi məlumdur.
Elə onun dediyinə görə, pasiyentlər karantin məkanında idilər.
“Dünən səhərin göstəriciləri ilə 647 təsdiq olunmuş hal var idi. Yalnız beş hal artdı və hazırda 652 təsdiq olunmuş hal var. Sağalananların sayı 372 idi və hazırda 383-ü təşkil edir.
Hər beş halının mənbəsi məlumdur. Pasiyentlər karantin məkanında idilər və müxtəlif klinikalara oradan yerləşdirildilər. Onlardan heç biri bizim klinikaya yerləşdirilməyib”, – Ezuqbaiya bəyan etdi.
Elə onun məlumatına görə, Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan 33 pasiyent qalır.
Pasiyentlərin vəziyyətinə gəldikdə, Ezuqbaiya bəyan etdi ki, kritik pasiyentlərdə sabitlik yenə də qorunub saxlanılır.