Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun dörd yeni halından ikisi Saburtalo klasteri ilə əlaqədardır, ikisi isə, karantin məkanındandır
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun dörd yeni halından ikisi Saburtalo klasteri ilə əlaqədardır, ikisi isə, karantin məkanındandır.
“Dördündən ikisi məlum mənbədir, Saburtalo mənbəsi, təsdiq olunan halların kontaktı, ikisi isə, karantin məkanındandır”, – Ezuqbaiya bəyan etdi.
Qeyd olunan pasiyentlər başqa klinikaya yerləşdiriliblər.
Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, bu mərhələdə kovid-mərkəzlərdə 142 pasiyent müalicə olunur.